"Təyyarə qəzasından qorxdum" - Millimizin baş məşqçisi

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.

Qafqazinfo bildirir ki, o, Parisə gələrkən təyyarə qəzasından qorxduğunu deyib: "Avropa Çempionatı üçün Parisə uçurdum. Təyyarəmizdə o qədər yük var idi ki, qəza olacağından qorxurdum. "Şarl De Qol" hava limanın çatanda ikinci şok hadisə yaşandı. Hava limanına bomba qoyulması ilə bağlı xəbərlər var idi. Hər şey sonda yaxşı qurtardı". 

Prosineçki Türkiyə - Xorvatiya (0:1) oyunu haqqında da fikirlərini bildirib: "Matçı izləyə bilmədim. Sevinirəm ki, qalib gəldik. Bu qələbəni Draqo Kosiç və Tomislav Zidakla qeyd etdik. Türkiyə millisindən qorxurdum. Onların daha yaxşı çıxış edəcəyini düşünürdüm. Amma Fatih Terim komandasını yaxşı hazırlaşdırmamışdı və Arda Turanı motivasiya edə bilməmişdi. Çünki o, yaxşı oynamadı. Arda "Barselona"da ehtiyatda qalmasının cəzasını çəkir. Hakan Çalhanoğlu da gözlənilənləri vermədi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31