Rusiyalı azarkeşlərin Fransadan deportasiyası barədə qərar qəbul edilib

Fransa hakimiyyəti rusiyalı 29 azarkeşin ölkədən deportasiya olunması haqqında qərar qəbul edib. 

"Report"un "France Press"ə istinadən verdiyi məlumata görə, səbəb kimi rusiyalı azarkeşlərin futbol üzrə Avropa çempionatı zamanı pozuculuqla məşğul olacaqlarından ehtiyatlanma göstərilib.

Ümumrusiya Azarkeşlər Birliyinin başçısı Aleksandr Şprıqin bildirib ki, çempionatı izləmək üçün Fransaya gedən birliyin bütün üzvləri faktiki olaraq, ölkədən deportasiya olunub.

Qeyd edək ki, iyunun 11-də Rusiya və İngiltərə yığmaları arasında keçirilən oyundan sonra iki komandanın fanatları arasında toqquşma baş verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31