"Formula 1 Azərbaycanın şöhrətini artıracaq"
"Bakıda "Formula 1" Avropa Qran-Prisi kimi mühüm yarışın keçirilməsi Azərbaycanın dünya arenasında şöhrətini artıracaq".
14 İyun 2016 13:55 İdman"Bakıda "Formula 1" Avropa Qran-Prisi kimi mühüm yarışın keçirilməsi Azərbaycanın dünya arenasında şöhrətini artıracaq".
Bunu Trend-ə "The Caspian Times" beynəlxalq portalının təsisçisi, pakistanlı jurnalist Malik Eyyub Sumbal deyib.
Onun sözlərinə görə, "Formula 1" qlobal arenada geniş müzakirə olunur və Azərbaycan idman həvəskarları üçün bu meqahadisənin təşkilatçısı kimi qeyd edilir: "Müsəlman dünyasında belə növ tədbirləri təşkil edən az sayda ölkə var. Azərbaycan ilk belə ölkələrdəndir".
M.E.Sumbal qeyd edib ki, Azərbaycan böyük idman potensialı olan ölkədir: "Mən Azərbaycana diqqəti cəlb edən belə iri idman yarışlarını qəbul edən prezident İlham Əliyevin böyük mütərəqqi baxışını yüksək qiymətləndirirəm".