"İspaniya matçına daha yaxşı hazırlaşacağıq"
13 İyun 2016 18:48 İdmanTürkiyə AVRO-2016-ya uğurlu start verə bilməyib. "Ay ulduzlu" komanda 2008-ci ildə mübarizədən kənarlaşdırdığı Xorvatiya ilə bacarmayıb - 0:1.
Goal.az xəbər verir ki, matçdan sonra millinin baş məşqçisi Fatih Terim ikinci hissədə lazımi oyunu göstərmədiyini qeyd edib.
""Biz bitti demədən bitməz" demək üçün başlamaq lazımdır. Qayda pozuntusunu gözləyirdik ki, küncdən zərbə təyin olundu və Modric qol vurdu. Turnir hələ bitməyib və qarşıda iki oyunumuz var. Birinci hissədə topa nəzarət edən, rəqibə müqavimət göstərən Türkiyə vardı. Daha sonra yorğunluq əleyhimizə işlədi. İspaniya matçına daha yaxşı hazırlaşacağıq. Milli komandanın müəyyən oyun anlayışı var. İkinci hissədə bu qədər dağınıq oynayacağımızı gözləmirdik. Ötürmələrdə çox səhvə yol verildi".
Terim "ay ulduzlular"ın aparıcı oyunçuları Arda Turan, Hakan Çalhanoğlunun performansı ilə bağlı bunları deyib:
"Onlar mühüm futbolçulardır. Bügün onların yaxşı oyununa daha çox ehtiyac vardı. Cenk, Selçuk, Ozandan gözləntilərim daha yüksək idi, təəssüf ki, olmadı".