“Olimpiya ümidləri” respublika turniri keçiriləcək

İyunun 22-25-də Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə "Şüa" İdman-Sağlamlıq kompleksində stolüstü tennis üzrə 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında "Olimpiya ümidləri" respublika turniri keçiriləcək. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, turnirin keçirilməsində əsas məqsəd Federasiya ilə müqavilə bağlamış məşqçilərin işinin, onların yetirmələrinin səviyyələrinin yoxlanılmasıdır. 150-yə yaxın idmançının iştirak edəcəyi və şəxsi xarakter daşıyacaq turnir dairəvi sistem üzrə və beynəlxalq stolüstü tennis federasiyasının qaydalarına uyğun keçiriləcək. Qaliblər Stolüstü Tennis Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31