Bir klub 34 futbolçusunu qovacaq - ŞOK QƏRAR
13 İyun 2016 13:40 İdman"Trabzonspor" klubu heyətində radikal islahatlara başlayır. Fanat xəbər verir ki, Qara dəniz klubu futbolçularının təxminən 60 faizi göndərmək niyyətindədi.
Belə ki, "Trabzonspor"un heyətində hazırda 57 futbolçu var. Klub rəhbərliyi onlardan 34-ü ilə yollarını ayıraraq, 23 nəfəri saxlamaq istəyir.
Qeyd edək ki, UEFA "Trabzonspor"a xəbərdarlıq edib. "Maliyyə Fair-Play" qaydalarını pozan klub 2016/17 mövsümündə təxminən 60 milyon lirəlik (30 milyon manat) kəsiri qapatmalıdı. Bu səbəbdən də rəhbərlik heyətdə radikal islahatlar planlaşdırır. Rəhbərlik əsasən əcnəbi futbolçuları sataraq həm heyəti qısaltmaq, həm də büdcəni doldurmaq istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31