“Avro-2016”da spirtli içki satışına qadağa qoyuldu
Fransanın hakimiyyət orqanları “Avro-2016”nın keçirildiyi arenaların yaxınlığında oyun ərəfəsi və oyun günlərində spirtli içkilərin satışına qadağa qoyub.
13 İyun 2016 10:07 İdmanFransanın hakimiyyət orqanları "Avro-2016"nın keçirildiyi arenaların yaxınlığında oyun ərəfəsi və oyun günlərində spirtli içkilərin satışına qadağa qoyub.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, ölkənin daxili işlər naziri Bernar Kaznev bildirib ki, bu qərarın verilməsinə rus və ingilis azarkeşlərin Marsel şəhərində yaratdığı ixtişaşlar səbəb olub:
"Mən yerli hakimiyyət orqanlarından xahiş edirəm ki, stadion yaxınlığında və fan-zonalarda spirtli içkilərin satışı ilə bağlı qoyulan qadağanın icrasına ciddi nəzarət etsinlər".
Fransa mətbuatı yazıb ki, azarkeşlər əsasən, qiyməti 2 avroya olan ucuz spirtli içkiləri çox miqdarda qəbul etdikdən sonra dava salmağa başlayıblar.