EURO 2016-da 500 ingilis və rus azarkeşlər yenidən dalaşdılar: ölən və yaralananlar var

EURO 2016-da ingiltərəli azarkeşlərlə rus azarkeşlər arasında yenidən dava düşüb. Marsel şəhərində baş vermiş ikinci qarşıdurmada 500 azarkeş iştirak edib.

500 ingilis və rus azarkeşlər yenidən dalaşdılar: ölən və yaralananlar var - VİDEO

6 nəfərin saxlanıldığı bildirilir

EURO 2016-da ingiltərəli azarkeşlərlə rus azarkeşlər arasında yenidən dava düşüb. Marsel şəhərində baş vermiş ikinci qarşıdurmada 500 azarkeş iştirak edib. Ətrafdakı bütün restoran və barların şüşələri sındırılıb. Dava nəticəsində 2-si ağır olmaqla 6 azarkeş yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Rus azarkeşlərdən başqa biri dava sırasında infarkt keçirib. Rus azarkeşin vəziyyətinin ağır olduğu deyilir. 

500 nəfərlik davada 6 nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, dünən 200 nəfərlik azarkeş qrupu dava salmışdılar. Nəticədə polis 9 nəfəri saxlamışdı. 

Fransanın idman naziri Patrick Kanner isə səhər saatlarında verdiyi açıqlamada bu gün axşam 23:00-da oynanılacaq İngiltərə - Rusiya oyununun ən riskli oyun olacağını demişdi. 

Qeyd edək ki, bu gün axşam oyunu təxminən 20 min inglis, 12 min rus azarkeşin izləyəcəyi gözlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31