Stolüstü tennis üzrə yeniyetmələrin respublika birinciliyi keçirilir
10 İyun 2016 16:26 İdman"Şüa" İdman - Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə stolüstü tennis üzrə yeniyetmələrin respublika birinciliyi keçirilir. GİN-dən "OLAYLAR"-a bildirilib ki, respublika üzrə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızların iştirak edəcəkləri yarışda Bakı, Sumqayıt və Gəncə şəhərlərindən, Şəki, Şabran, Şirvan, Salyan, Gədəbəy, Qax, Samux rayonlarından 100-ə yaxın idmançı iştirak edır. Qaliblər Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31