Rus pilot: Bakı Formula 1-in keçirilməsi üçün bütün tələblərə cavab verir

"Formula 1" təşkilatçılarının yarışları Bakıya həvalə etməsi ondan xəbər verir ki, Azərbaycan paytaxtı bütün zəruri tələblərə cavab verib.

"Formula 1" təşkilatçılarının yarışları Bakıya həvalə etməsi ondan xəbər verir ki, Azərbaycan paytaxtı bütün zəruri tələblərə cavab verib.

"Moskva-Bakı" portalının verdiyi məlumata görə, bunu "Formula-1" çempionatında çıxış etmiş ilk rusiyalı pilot Vitali Petrov deyib.

Bakıda Fernando Alonso və digər pilotların olacağını deyən V.Petrovun sözlərinə görə, Bakıdakı Qran-pri barədə eşitdikləri onu deməyə əsas verir ki, hamı yaxşı mənada təəccüblənəcək:

"Pilotların yeni tikilmiş traslar, heç vaxt keçirilməyən yerlərdə yarışmaq xoşlarına gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31