Millimiz növbəti dəfə Belarusla üz-üzə

Bu gün Bakı Olimpiya Stadionunda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirəcək.

Bu gün Bakı Olimpiya Stadionunda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirəcək.

Qol.az bildirir ki, yığmamız belaruslu həmyaşıdları ilə qarşılaşacaq.

Saat 19:00-da başlayacaq görüşü Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov və Nail Nağıyevdən ibarət hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu komandalar iki gün əvvəl yoldaşlıq oyununda üz-üzə gəliblər. Həmin matçda millimiz 1:4 hesabı ilə uduzub.

10 iyun

Yoxlama oyunu

19:00. Azərbaycan - U-19 - Belarus - U-19

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31