Bədən tərbiyə və idman üzrə Şuranın növbəti iclası keçirilir

Qəbələdə Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının Bədən tərbiyə və idman üzrə Şurasının növbəti iclası öz işinə başlayıb.

Qəbələdə Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının Bədən tərbiyə və idman üzrə Şurasının növbəti iclası öz işinə başlayıb. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, MDB-nin 25 illiyi münasibəti ilə keçirilən Şuranın iclasında, Azərbaycan Respublikası və MDB-də bədən tərbiyəsi və idman sahəsində ümumi siyasətin işlənilməsi, bədən tərbiyəsi və idman sahəsində tədbirlər planının hazılrlanması, 2020-ci ilə qədər olan dövr ərzində milli idman növlərinin inkişaf etdirilməsi, eyni zamanda 2018-2020-ci illər üçün tədbirlər Planı layihəsinin hazırlanması diqqət mərkəzində olacaq. İclas zamanı eyni zamanda, MDB-nin 25 illik yubileyi münasibəti ilə bir sıra tədbirlər planını işlənilməsi də nəzərdə tutulub. İki gün davam edəcək toplantıda qarşıya qoyulan məsələr sırasına 2017-ci ildə Ulyanovka şəhərində MDB üzv ölkələrinin milli idman növləri Festivalına hazırlığın müzakirəsi də daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31