Yeniyetmələr arasında açıq Respublika turniri keçiriləcək
9 İyun 2016 14:34 İdmanİyunun 11-də Bakı İdman Sarayında Beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" Oktay Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında açıq Respublika turniri keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, yarışda iştirak üçün Gürcüstan, Türkiyə və Alaniya komandalarına dəvət göndərilib. Yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında sərbəst güləş üzrə idman növünün inkişafına və kütləviliyinə nail olmaq, yeniyetmə idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirmək və vətənə məhəbbət hisslərini aşılamaq, eləcə də Oktay Hüseynovun xatirəsini yad etməkdir. Yarışlarda 29, 32, 35, 38, 42, 47, 53, 58, 66 və 73 kq çəki dərəcələrində 2002-2003-cü il təvəllüdlü yeniyetmələr iştirak edə bilər.