Sabiq baş məşqçi öldü
8 İyun 2016 18:33 İdmanNigeriya millisinin sabiq baş məşqçisi Stiven Keşi dünyasını dəyişib.
Qol.az bildirir ki, 53 yaşlı mütəxəssis bu gün Nigeriyadan ABŞ-a uçmalı idi.
Lakin Keşi ürək tutmasından ölüb. Onun dostlarından biri Keşinin heç vaxt ürəyindən şikayətlənmədiyini bildirib. Lakin Keşinin həyat yoldaşını itirdikdən sonra özünə gələ bilmədiyini vurğulayıb.
Qeyd edək ki, Keşi Nigeriya yığması ilə Afrika Kubokunu qazanan ilk məşqçi kimi tarixə düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31