Məhəmməd Əlidən təsirlənib müsəlman oldular

Macarıstanın boks yığmasının üzvləri Milan Fodor və Barsoni Bernard Məhəmməd Əlidən təsirlənərək islam dinini qəbul edib.

Axar.az  bildirir ki, boksçular Türk-Macar Dərnəyinin təşkil etdiyi iftara qatılıblar.
 
"Müsəlman olmazdan öncə Məhəmməd Əliyə pərəstiş edir və onu kumirim kimi görürdüm. Müsəlman olmağımda Məhəmməd Əlinin böyük rolu var", - Fodor bildirib.
 
Barsoni Bernard isə Ramazan ayının onu çox təsirləndirdiyini deyib:
 
"İslamda insanların acların vəziyyətini anlamaq üçün isti havalarda oruc tutması məni çox təsirləndirdi".
 
Xatırladaq ki, əfsanəvi boksçu Məhəmməd Əli iyunun 3-də 74 yaşında vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31