Ukraynalı məşqçi "Qəbələ"dən getdi
8 İyun 2016 16:19 İdmanSportnet.az xəbər verir ki, "Qəbələ" klubunun ukraynalı məşqçisi Stepan Matveyev komandanı tərk edib. Klubun meneceri Səbuhi Səfiyarlının verdiyi məlumata görə, S.Matveyev ailə məsələlərinə görə Azərbaycanda çalışmaq istəmir.
Vətəninə dönən mütəxəssis daha "Qəbələ"də işləməyəcək. Baş məşqçi Roman Qriqorçukun digər köməkçisi Mixail Savkanın taleyi müəmmalıdır. O da hazırda vətəni Ukraynadadır və "Qəbələ"yə qayıdıb-qayıtmayacağı dəqiq bilinmir.
Qeyd edək ki, hər iki mütəxəssis 2015-ci ilin yanvarından "Qəbələ"də çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31