Baş məşqçi: "Millimizdə ölkənin bir nömrəli idmançıları mübarizə aparacaq"
“Şağan Olimpiya İdman Komleksində sambo üzrə Azərbaycan Kuboku yarışı keçiriləcək. Yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunacaq yarış SSR və Azərbaycanın əməkdar məşqçisi Əbülfəz Əliyevin xatirəsinə həsr olunacaq” . Bunu SİA-ya açıqlamasında sambo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Yaqub Abdullayev deyib.
7 İyun 2016 18:43 İdman"Şağan Olimpiya İdman Komleksində sambo üzrə Azərbaycan Kuboku yarışı keçiriləcək. Yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunacaq yarış SSR və Azərbaycanın əməkdar məşqçisi Əbülfəz Əliyevin xatirəsinə həsr olunacaq" . Bunu SİA-ya açıqlamasında sambo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Yaqub Abdullayev deyib.
O qeyd edib ki, Azərbaycan Kuboku uğrunda yarış iyunun 7-dən 10-dək davam edəcək: "Böyüklər arasında yarışda idmançılar 9, yeniyetmələr və gənclər arasında yarışda isə 10 çəkidə mübarizə aparacaqlar. Bu yarışdan sonra milli komandaların heyəti tam şəkildə müəyyənləşəcək".
Baş məşqçi bildirib ki, beynəlxalq yarışlarda mübarizə aparacaq böyüklərdən ibarət milli komandamızın heyəti indidən qismən məlumdur: "Milli komandamızda ölkənin bir nömrəli idmançıları mübarizə aparacaq. Yığmamızın tərkibində Amil Qasımov (Avropa çempionu), Emil Həsənov (68 kq, Avropa üçüncüsü), Cavidan Qarayev (60 kq, Avropa üçüncüsü), Ağa Səmədov (52 kq, Dünya və Avropa çempionatının gümüş mükafatçısı) və digərləri yer alacaq. Onlar hamısı favorit idmançılardandır. Yeniyetmələr və gənclərdən ibarət milli komandalarda isə heyəti müəyyən etmək çətin olur. Bu komandaların heyətində 25-30 faiz dəyişiklik baş verir".
Y.Abdullayev vurğulayıb ki, Azərbaycan Kubokundan sonra milli komandalarımız oktyabrda Rumıniyanın Buxarest şəhərində yeniyetmələr və gənclər arasında dünya birinciliyində, noyabrda isə Bolqarıstanın Sofiya şəhərində böyüklər arasında dünya çempionatında mübarizə aparacaqlar.