Bakı şəhər çempionatı keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 111 saylı orta məktəbin idman zalında şaolin döyüş sənəti üzrə Bakı şəhər çempionatı keçirilib.
7 İyun 2016 17:27 İdmanBakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 111 saylı orta məktəbin idman zalında şaolin döyüş sənəti üzrə Bakı şəhər çempionatı keçirilib. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, çempionatda Murovdağ İK, Saolin-Sanda İK, Dəmir Yumruq İK, Çempion İK, Neftçi İKİB, Polad İK, Tornado klub və idman cəmiyyətlərini təmsil edən 63 nəfər idmançı mübarizə aparıb. Yekun nəticələrə görə I yerlərə Mirəli Məmmədzadə, Polad Hüseynov, Miryaqub Əhədov, Anar Babayev, Ruslan Hüseynov, Əjdər Əkbərov, Nurlan Mehdiyev, Aqil Həsənov, Yusif Ağayev, Ələkbər Ələkbərov, Heydər Hüseynli, Samir Əjdərli, Cəlal Cəlallı, Rəfael Xəlilov, Nicat Heydərov, İlkin Qurbanov layiq görülüb. I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.