Emil Balayevin əvəzinə "Kan"

"Ayntraxt" rəhbərliyi azərbaycanlı qapıçı Emil Balayevə əvəzləyici tapıb.

"Ayntraxt" rəhbərliyi azərbaycanlı qapıçı Emil Balayevə əvəzləyici tapıb.

Apasport.az xəbər verir ki, Frankfurt təmsilçisi Balayevin gedişindən sonra yaranan boşluğu 19 yaşlı qolkiperlə doldurub. 

Belə ki, "Ayntraxt" Almaniyanın U-19 yığmasına da çağırılan Leon Batqe ilə müqavilə imzalayıb. Kumiri əfsanəvi qolkiper Oliver Kan olduğu üçün "gələcəyin Kanı" adlandırılan Batqe bu keçiddən məmnun olduğunu və əlinə düşən şansdan maksimum istifadə edəcəyini bildirib. "Ayntraxt"ın idman direktoru Bruno Hübner isə Batqenin transferinin faydalı olacağını qeyd edib: "Leon istedadlı qapıçıdır, o, artıq özünü U-19-da sübuta yetirib".
 
Almaniya təmsilçisindən göndərilən Emil Balayevin isə karyerasını harada davam etdirəcəyi hələ müəyyənləşməyib. Gənc çərçivə qoruyucusu hazırda yeni klub axtarışındadır. Onun Almaniyada qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gələcək.
 
Qeyd edək ki, 2015-ci ilin yanvarında "Ayntraxt"a keçmiş Balayev Bundesliqada debüt şansı əldə etmədi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31