"Qalatasaray" Dembeleni transfer etmək istəyir
“Qalatasaray” futbol klubu transfer çalışmalarını davam etdirir. SİA-nın məlumatına görə, klubun transfer gündəmindəki bir nömrəli namizəd Moussa Dembeledir. “Fulhem” klubunun gənc ulduzu azad transfer vərəqəsi alıb. O, bir çox klubların hədəfindədir. Dembele eyni zamanda, Fransa U-20 milli komandasında da çıxış edir.
7 İyun 2016 12:35 İdman"Qalatasaray" futbol klubu transfer çalışmalarını davam etdirir. SİA-nın məlumatına görə, klubun transfer gündəmindəki bir nömrəli namizəd Moussa Dembeledir. "Fulhem" klubunun gənc ulduzu azad transfer vərəqəsi alıb. O, bir çox klubların hədəfindədir. Dembele eyni zamanda, Fransa U-20 milli komandasında da çıxış edir.
"Qalatasaray"ın idman direktoru Cenk Ergün yaxın keçmişdə Londona səfəri zamanı 19 yaşlı futbolçunun meneceri ilə danışıqlar aparıb. Onun müsbət cavab aldığı iddia olunur. "Qalatasaray"ın məqsədi isə, adıçəkilən futbolçunu transfer edib, gələcəkdə daha baha qiymətinə transferə çıxarmaqdır.
Qeyd edək ki, klub rəsmiləri, həmçinin "Mançester Siti"nin futbolçusu Edin Dzeko və "Barselona"ya aid oyunçu Aleks Sonq üçün də danışıqları yekunlaşdırmaq üzrədir.