"Real"ın qapıçısı Keylor Navas əməliyyat olunacaq.
Qol.az bildirir ki, tibbi müayinədən keçən 29 yaşlı qolkiperin vətərindən əməliyyat olunmalı olduğu müəyyənləşib.
Kosta-rikalı qolkiperin iyunun 9-da əməliyyat ediləcəyi bildirib.
Qeyd edək ki, K.Navas 2014-cü ildə "Levante"dən "Real"a transfer olunub.