"Avro-2016"da təhlükəsizliyi 90 min nəfər təmin edəcək
"Fransa hüquq-mühafizə orqanları AVRO-2016-ya tam hazırdır".
7 İyun 2016 11:39 İdman"Fransa hüquq-mühafizə orqanları AVRO-2016-ya tam hazırdır".
APA bildirir ki, bunu Fransa polisinin rəhbəri Mişel Kado bəyan edib.
Onun sözlərinə görə, turnirin keçirildiyi müddətdə ölkə ərazisində təhlükəsizliyi 90 min polis, hərbi qulluqçu və mühafizəçi təmin edəcək. Paytaxt Paris və ətraf bölgələrdə ictimai asayişin qorunmasına əlavə olaraq 1200 hərbçi cəlb ediləcək.
Gözlənildiyinə görə, Avropa çempionatı keçirildiyi müddətdə Fransaya 1,5 milyon futbol azarkeşi gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31