Makelele "Monako"dan getdi
"Monako" klubun direktoru Klod Makelele ilə yollarını ayırıb.
7 İyun 2016 11:38 İdman"Monako" klubun direktoru Klod Makelele ilə yollarını ayırıb.
Qol.az bildirir ki, tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.
43 yaşlı sabiq futbolçu bu ilin yanvar ayından etibarən Fransa klubunda direktor vəzifəsində çalışırdı. O, eyni zaman "Monako"nun vitse-prezidenti Vadim Vasilyevə klubun idman işlərində kömək edirdi.
Qeyd edək ki, karyerası ərzində "Real" (Madrid), "Çelsi" və PSJ kimi klublarda çıxış edən Makelele 2014-cü ildə "Bastiya"nı çalışdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31