"İngilis müdafiəçilər məni narahat edə bilməzdi"
İngiltərə millisinin keçmiş hücumçusu Alan Şirer komandanın hazırki müdafiə xəttində çatışmazlıqların olduğunu qeyd edib. Goal.az xəbər verir ki, futbol eksperti kimi çalışan Şirer bunun qarşıdakı Avropa çempionatında problemlərə səbəb olacağını bildirib.
6 İyun 2016 18:51 İdmanİngiltərə millisinin keçmiş hücumçusu Alan Şirer komandanın hazırki müdafiə xəttində çatışmazlıqların olduğunu qeyd edib. Goal.az xəbər verir ki, futbol eksperti kimi çalışan Şirer bunun qarşıdakı Avropa çempionatında problemlərə səbəb olacağını bildirib.
"Son böyük turnirlərdə bizim komandanın müdafiəsində problemlər olub. 2014-cü il dünya çempionatında Qari Keyhillin Mario Balotellini nəzərdən qaçırmasını xatırlamaq kifayətdir. AVRO-2016 öncəsi də belə səhvlər müşahidə edilir. Müdafiə xəttinə görə narahatam. Müdafiənin mərkəzində çatışmazlıq var. Keyhill və Smollinq var. Amma Con Stounz son vaxtlar yaxşı təsir bağışlayır. Komanda üçün yaxşı turnir finala çıxıb orda qalib gələndə olur. Məncə, məhz problemli müdafiə səbəbindən buna nail ola bilməyəcəyik. İndiki İngiltərə millisinin müdafiəçilərinə qarşı oynasaydım, məni narahat edə bilməzdilər".