Pepe: "Benitezin sadəcə bəxti gətirmədi"
3 İyun 2016 18:45 İdman"Real Madrid"in müdafiəçisi Pepe komandanın sabiq çalışdırıcısı Rafa Benitezi haqqında fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, təcrübəli oyunçu ondan narazı qalmadığını vurğulayıb.
"Mən həmişə səmimi olmuşam. Benitezin işini, həqiqətən, bəyənirdim. Onun sadəcə bəxti gətirmədi. Benitez peşəkar mütəxəssisdir. İşin bəhrəsini görmək üçün müəyyən qədər şans da lazımdır. Rafa mənimlə dürüst davrandı və dedi ki, məni əsas heyətdə görmür. Ondan xahiş etdim ki, mənə oynamaq imkanı versin. Zidan baş məşqçi təyin olunanda kapitanlarla görüş keçirdi. Mən, Ramos, Ronaldu və Marselo ilə danışdı. Zidan imkan verdi ki, nəticələrə görə məsuliyyət daşıyaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31