Braziliyanın heyətində növbəti dəyişiklik

"Volfsburq"un yarımmüdafiəçisi Luis Qustavo Amerika Kubokunda Braziliya millisinə kömək edə bilməyəcək. Goal.az xəbər verir ki, təcrübəli futbolçunu "Gremio"nun üzvü Uolles əvəzləyəcək. O, şəxsi problemlərə görə turnirə getməyəcək. Amerika Kubokunun qrup mərhələsində Braziliya millisi Ekvador (4 iyun), Haiti (8 iyun) və Peru (12 iyun) ilə qarşılaşacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31