Polis FİFA-nın Surixdəki mənzil-qərargahına basqın edib

Sənədlər müsadirə olunub

Polis FİFA-nın Surixdəki mənzil-qərargahına basqın edib. "Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, ofisdəki sənədlər və elektron məlumatlar müsadirə edilib.

İsveçrə məhkəməsinin qərarına əsasən həyata keçirilən əməliyyatın FİFA-nın sabiq prezidenti Yozef Blatter və qurumun sabiq baş katibi Jerom Valke ilə bağlı olduğu bildirilib.
Qeyd edək ki, FİFA-nın Etika Komitəsi rüşvət almaları ilə bağlı Blatteri 6, Valkeni isə 12 il müddətinə futbol müsabiqələrində fəaliyyətdən kənarlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31