Kosovo klubları avrokuboklara buraxılmadı
3 İyun 2016 11:46 İdmanUEFA-ya yeni üzv qəbul olunan Kosovo avrokubokların 2016/17 mövsümündə iştirak etməyəcək. Apasport.az-ın məlumatına görə, buna səbəb klubların lisenziyalaşmanın tələblərinə cavab verməməyidir.
Belə ki, UEFA-nın İcraiyyə Komitəsi yeni üzvə turnirə qatılmaq hüququ versə də, zəruri tələbləri yerinə yetirilməsini şərt kimi qoymuşdu. Lakin infrastruktur və maliyyə sistemi lisenziyalaşma tələblərinə cavab verməyən kosovolular qitə kuboklarına buraxılmayıb.
Qeyd edək ki, bu ölkəni Çempionlar Liqasında "Ferronikel", Avropa Liqasında isə "Priştina" təmsil etməli idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31