"Qalatasaray"da daha bir ayrılıq

Türkiyənin "Qalatasaray" klubu daha bir futbolçu ilə yollarını ayırıb. Goal.az xəbər verir ki, növbəti futbolçu Hamid Altıntop olub. "Sarı-qırmızılar" müqavilə müddəti başa çatan 33 yaşlı futbolçu ilə sözləşməni yeniləməyib. Təcrübəli yarımmüdafiəçi zədə səbəbindən ötən mövsümdə heç bir rəsmi matçda iştirak etməyib. "Qalatasaray"la müqaviləsi keçən ayın sonunda bitən yarımmüdafiəçi Əmrə Çolak İspaniyanın "Deportivo" klubu ilə razılığa gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31