Yığmamız FİFA reytinqində 5 pillə gerilədi

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az xəbər verir ki, hesabında 252 xal olan Azərbaycan yığması 138-ci yerdə qərarlaşıb.

Robert Prosineçkinin yetirmələri ötən ayla müqayisədə 5 pillə geriləyiblər. Buna səbəb komandamızın 17 xal itkisidir.

Belə ki, yığmamız mayda açıqlanan reytinq cədvəlində 269 xalla 133-cü yerdə idi.

Geriləmənin səbəbi millimizin Avstriyada keçirilən təlim-məşq toplanışındakı uğursuz nəticələridir. Mayın 26-da qarşılaşdığı Andorra kimi zəif rəqibə qalib gələ bilməyən (0:0) yığmamız 3 gün sonra Makedoniyaya uduzub - 1:3.

Millimizin sabah görüşəcəyi Kanada isə 363 xalla 93-cüdür. Şimali amerikalılar ötən ay 95-ci pillədə qərarlaşmışdı.

Qeyd edək ki, siyahıya Argentina yığması başçılıq edir - 1503 xal.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31