Gənc türk futbolçu "Liverpul"a transfer oluna bilər

Türkiyə millisinin 18 yaşlı futbolçusu Emre Mor İngiltərənin "Liverpul" klubuna transfer oluna bilər. Publika.az xəbər verir ki, bu barədə Türkiyənin aparıcı idman mediası məlumat yayıb. Məlumata görə, İngiltərə Premyer Liqasının köklü komandası sayılan "Liverpul" futbol klubu Emre Morla yaxından maraqlanır. Gənc futbolçunun yaxın vaxtlarda "Liverpul"a transfer olunacağı gözlənilir. Eyni zamanda, Emre Morla Türkiyənin "Fənərbağça" və "Qalatasaray" klublarının da maraqlandığı deyilir. Türk mətbuatı futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimin Sloveniya ilə oyundan sonra Emre Moru Fransa ilə də oyuna aparacağını yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31