Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə VI tura start verildi

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess-2016" turnirində VI tura start verilib. Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu tur ilk gedişi yarışın direktoru Fərid Hüseynov edib.

VI tur

Aniş Giri (Hollandiya) - Pavel Elyanov (Ukrayna)
Hou Yifan (Çin) - Pentala Harikrişna (Hindistan)
Rauf Məmmədov (Azərbaycan) - Sergey Karyakin (Rusiya)
Teymur Rəcəbov (Azərbaycan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Eltac Səfərli (Azərbaycan) - Fabiano Karuana (ABŞ)

Turnir cədvəli: Karuana - 4,5 xal; Giri - 4 xal; Karyakin - 3; Məmmədyarov, Harikrişna - 2,5; Səfərli, Rəcəbov, Məmmədov - 2; Yifan - 1,5; Elyanov - 1.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31