Samir Cəbrayılov Ukraynada yenidən 3-cü oldu
1 İyun 2016 15:24 İdmanUkraynada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Ukraine" veloyürüşü start götürüb. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, 19 komandanın iştirak etdiyi 3 mərhələli yarışda Azərbaycanın "Synergy Baku" kontinental komandası da mübarizə aparır. Yarışın 161,6 km-lik birinci mərhələsində komanda üzvlərimizdən ən yaxşı göstəriciyə Samir Cəbrayılov imza atıb - o, 3 saat, 54 dəqiqə, 32 saniyə nəticə ilə həm finiş xəttini 3-cü keçib, həm də yaşı 23-dək olan ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulan köynəyi ələ keçirib. Qeyd edək ki, "Synergy Baku" "Tour of Ukraine"da Elgün Əlizadə, Kənan Qəhrəmanlı, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və İsmayıl İlyasovdan ibarət heyətlə mübarizə aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31