"Borussiya" 10 milyon xərcləməyə hazırdır

"Lorient" klubunun müdafiəçisi Rafael Qerreyru karyerasını Almaniyada davam etdirə bilər. Goal.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, "Borussia Dortmund" 22 yaşlı futbolçuya görə 10 milyon avro birbaşa, 2 milyon isə bonuslar şəklində ödəniş təklif edib. Qerreyru Dortmund klubuna keçməyə razılıq versə də, "Lorient" prezidenti Loik Ferrini təklif olunan məbləğ qane etmir. O, qarşı tərəflə danışıqlar aparmağı lazım bilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31