Levandovski keçə biləcəyi klubun adını açıqladı
1 İyun 2016 18:27 İdman"Bavariya"nın hücumçusu Robert Levandovski karyerasını "Real"da davam etdirə bilər. Apasport.az xəbər verir ki, polşalı forvard bu keçidin əleyhinə olmadığını bildirib. Lakin forvardın bunun üçün şərti var. Belə ki, Levandovski illik 20 milyon avro məvacib verəcək kluba keçə biləcəyini istisna etməyib. Təbii ki, "Bavariya" rəhbərliyi onu komandada saxlamaq istəyirsə, maaşını oyunçunun tələb etdiyi məbləğə yüksəltməlidir. Hazırda Münhen klubunda illik maaşı 9 milyon avro olan 28 yaşlı futbolçuya almanlar 15 milyon təklif ediblər. Ancaq Levandovski məvacibinin 20 milyon avro olmasında israrlıdır. Əgər "Bavariya" onun istəyini həyata keçirməsə, futbolçu o zaman "Real"la danışıqlara başlayacaq.
Qeyd edək ki, Robert Levandovski "Bavariya"ya 2014-cü ildə Dortmund "Borussiya"sından keçib.