İrlandiya Avropa çempionatının ən “qoca” komandası olacaq
1 İyun 2016 18:25 İdmanFutbol üzrə Avropa çempionatının ən "qoca" komandası İrlandiya millisi olacaq. Xarici KİV bildirir ki, bu komandanın oyunçularının orta yaş həddi 29,4-dür. Çempionatın ən gənc iştirakçısı almanlar və ingilislər (orta yaş həddi 25,4) olacaq. Rusiya yığmasının orta yaş həddi 28,8-dir. Ən yaşlı oyunçuya gəldikdə, bunlar İrlandiya millisinin qapıçısıdır. Şey Qivenin 40 yaşı var. Macarıstan yığmasının qapıçısı Qabor Kiray ondan 19 gün böyükdür. Avropa çempionatının ən gənc iştirakçısı İngiltərə millisinin 18 yaşlı hücumçusu Markus Reşforddur. Fransada keçiriləcək çempionat iyunun 10-dan iyulun 10-dək keçiriləcək. On stadionda keçiriləcək 51 oyuna 2,5 milyon tamaşaçının gələcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31