Azərbaycan çempionunun “Fənərbağça”ya keçidi rəsmiləşdi
1 İyun 2016 12:03 İdman"Azərreyl" voleybolçusu Nutsara Tomkomun Türkiyənin "Fənərbağça" klubuna keçidi rəsmiləşib. Apasport.az bildirir ki, 31 yaşlı tailandlı toppaylayıcı İstanbul təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb. O, "Fənərbağça"da "Rabitə"də birgə oynadığı polşalı Katarjina Skorupanı əvəzləyib. Nutsara bu komandada məhz Bakı klubunda rəhbərliyi altında oynadığı Marçello Abbondanza ilə birgə çalışacaq.
Qeyd edək ki, toppaylayıcı Azərbaycan Super Liqasında 3 klubun heyətində 6 mövsüm keçirib. O, 2010-2012 və 2015-2016-cı illərdə "Azərreyl"də, 2012-2013-cü illərdə "İqtisadçı"da və 2013-2015-ci illərdə "Rabitə"də oynayıb. Tomkom Bakı təmsilçilərinin heyətində 3 dəfə Azərbaycan çempionu, 2 dəfə gümüş medalçısı olub. O, həmçinin 4 dəfə çempionatımızın ən yaxşı toppaylayıcısı seçilib.