Dieqo Simeonedən "Atletiko" rəhbərliyinə ultimatum

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone klub rəhbərliyinə ultimatum göndərib. Qol.az xəbər verir ki, argentinalı mütəxəssis yalnız bir şərtlə - "Çelsi"yə satılan Dieqo Kostanın Madrid təmsilçisinə qayıdacağı təqdirdə, "Atletiko"da qalacağını klub rəhbərliyinə bildirib.

Qeyd edək ki, D.Kosta ötən mövsüm İngiltərə Premyer Liqasında oynadığı 28 matçda 12 qol vurub və 6 qolun ötürməsini verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31