Güloğlan Cabbarov: "Azərbaycan yığması dünya yığmasına qarşı döyüşəcək"
31 May 2016 18:40 İdman"Azərbaycan Kikboksinq Federasiyası (AKF) tərəfindən ölkəmizin bir çox rayon və şəhərində peşəkar turnirlər təşkil olunur. Bu yarışlar idmançılarımızın daha da inkişafına, beynəlxalq turnirlərdə uğurla iştiraklarına zəmin yaradır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlmasında AKF-nin vitse-prezidenti Güloğlan Cabbarov deyib.
O qeyd edib ki, Sumqayıtda keçirilən son turnirdə (Kəmər və reytinq döyüşləri-red), həm də yarışların baş hakimi kimi fəaliyyət göstərib: "Son yarışda daha güclü döyüşlərin şahidi olduq. Belə yarışları bundan sonra da keçirməyi planlaşdırırıq. Növbəti kəmər döyüşləri Lerikdə təşkil olunacaq. Qarşıda bizi Avropa çempionatı gözləyir. Sentyabrda isə Azərbaycan yığması dünya yığmasına qarşı döyüşəcək. Bu baxımdan da regional peşəkar döyüşlərin tez-tez keçirilməsi vacibdir".