Girov götürülən futbolçuya işgəncə verilib

"Olympiakos"un hücumçusu Alan Pulidonun Meksikada naməlum şəxslər tərəfindən qaçırılması böyük marağa səbəb olmuşdu. 25 yaşlı forvard ötən gün girovluqdan qaçmağa nail olub. Goal.az xəbər verir ki, meksikalı futbolçu onu qaçıranlardan birinin silahından istifadə etməklə buna nail olub. Daha sonra polisə zəng vurmaqla vəziyyəti izah edib. Cinayətkarlar Pulidonu azad etmək üçün ailəsindən pul tələb edirmişlər. Girov saxlandığı müddətdə ona işgəncə verilib.

Qeyd edək ki, futbolçu nişanlısı ilə birlikdə Syudad-Viktoriya şəhərindəki şənlikdən qayıdarkən naməlum istiqamətdə aparılmışdı. Onun rəfiqəsi isə maşında olduğu üçün zərər çəkməmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31