FİFA baş katibinin müavini xorvat oldu
31 May 2016 18:33 İdmanXorvatiya milli komandasının keçmiş yarımmüdafiəçisi Zvonimir Boban Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) baş katibinin müavini təyin edilib. TASS xəbər verir ki, Z.Boban FIFA-nın yeni administrasiyasının futbol sahəsinə məsul olacaq. O, diqqətini bu oyunun inkişafına və müsabiqələrin təşkilinə yönəldəcək. 47 yaşlı xorvat daha əvvəl FİFA prezidenti Canni İnfantinonun müşaviri vəzifəsində çalışıb. FİFA-nın baş katibinin daha bir müavini isə Marko Villiger təyin edilib. O, kommersiya və inzibati əməliyyatlar üzrə məsuliyyət daşıyacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31