"Qalatasaray" "Barselona"nın futbolçusunu alır

Türkiyənin "Qalatasaray" klubu ilə bağlı yeni məlumatlar yayılıb. Qafqazinfo xəbər verir ki, İstanbul təmsilçisinin ulduz futbolçu transfer etdiyi iddia olunub.

Yayılan məlumatlara görə, "cim-bom" son iki mövsümü Londonun "Vest Hem" klubunda icarə əsasında forma geyinən Aleks Sonq üçün məxsus olduğu "Barselona" klubuna müraciət edib. La Liqa nəhəngi kamerunlu futbolçunu "Qalatasaray"a icarə haqqı istəmədən verməyə razılaşıb.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafəiçi başa çatan mövsümdə 4 ay zədə səbəbindən oynaya bilməyib və meydana çıxdığı 15 rəsmi matçda 856 dəqiqə oynayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31