Məktəblilər arasında idman yarışına yekun vurulub
31 May 2016 13:40 İdman"Formula 1 Avropa Gran Pri" yarışlarının məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri sona çatıb. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxt məktəbliləri arasında keçirilən yarışda atletika idman növü üzrə I yeri 92 nömrəli, II yeri Ankara məktəb-liseyi, III yeri isə 323 nömrəli, basketbol 3x3 idman növü üzrə I yeri 169 nömrəli, II yeri 17 nömrəli, III yeri 18 nömrəli, velosiped idman növü üzrə isə I yeri 251 nömrəli, II yeri 29 nömrəli ümumi təhsil məktəblərinin, III yeri isə 132-134 nömrəli Təhsil Kompleksinin komandası tutub. Qaliblər Təhsil Nazirliyinin kubok, diplom və qiymətli hədiyyələri ilə təltif olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31