Bakıda velo yürüş keçirilib
31 May 2016 12:01 İdman"TÜTÜNSÜZ AY" kampaniyası çərçivəsində Bakı şəhərində "Sağlam Düşüncə" Gənclər Təşkilatı və "Təbiət Dostları" Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycan Resoublikası Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə Bakıda Velo-yürüş təşkil edilib. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, yürüş iştirakçıları "01-31 may - Tütünsüz ay" şüarı əks olunmuş köynəklərdə aksiyanın ideyasını təbliğ ediblər. Eyni zamanda velo-yürüş iştirakçıları toplanma məntəqələrində tütünün zərərləri haqqında məlumat veriblər. Velo-yürüş Saat 11:00-da Sahib Bağından start götürüb və şəhərin mərkəzi küçələrindən keçməklə 11 km məsəfəni əhatə edib. Velosipedçilərin Son dayanacaqı Fəvvarələr meydanı olub. Velo yürüş iştirakçılarının təhlükəsizliyi Daxili İşlər Nazirliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən təmin edilirdi.