Avstriyada gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib
31 May 2016 11:45 İdmanAvstriyada gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yarışın birinci günü Azərbaycan millisi üçün uğurlu olub. Beləki, gənc cüdoçularımız ilk gündə 4 medal qazanıblar. Natiq Qurbanlı (55 kq), Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) və Murad Heydərli (60 kq) mötəbər turnirin bürünc medallarına sahib olublar. Digər təmsilçimiz Rüfət Tağızadə (60 kq) isə 5-ci olub.
Qeyd edək ki, 33 ölkədən 511 idmançının (308 oğlan, 203 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (14 oğlan, 2 qız ) ilə təmsil olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31