Millimizin üzvü Türkiyə Superliqasında oynaya bilər

Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak klubunu dəyişə bilər. Qafqazinfo bildirir ki, hazırda Türkiyə PTT I Liqasında mübarizə aparan "Qaziantep BB" klubunun formasını geyinən futbolçu yeni mövsümdən başqa komandanın heyətində peydə ola bilər.

Yayılan məlumatlara görə, Ufukun xidmətində Türkiyə Super Liqasında mübarizə aparan "Kayserispor" klubu maraqlıdır. 26 yaşlı müdafiəçinin Kayseri təmsilçisinə keçidi real görünür. Çünki hazırda "Kayserispor"u çalışdıran Hakan Kutlu ötən mövsüm Ufukun komandasının baş məşqçisi olub. 44 yaşlı çalışdırıcı sabiq futbolçusunu yenidən rəhbərliyi altında görmək istəyir.

Qeyd edək ki, Ufuk Budak hazırda Azərbaycan milli komandası ilə birgə Avstriyada təlim-məşq toplanışındadır. Futbolçunun Türkiyəyə qayıtdıqdan sonra "Kayserispor" barədə qərar verəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31