"Levante"nin baş məşqçisi istefa verdi

"Levante"nin baş məşqçisi Rubi vəzifəsindən gedib. Qol.az bildirir ki, 46 yaşlı mütəxəssis komandasının ötən mövsüm uğursuz çıxışından sonra komandadan ayrılmaq qərarı verib. Klub rəhbərliyi də ispaniyalı mütəxəssisin istefasını qəbul edib. O, 2015-ci ildən "Levante"ni çalışdırırdı.

Qeyd edək ki, ötən mövsümün yekununa əsasən La Liqanı sonuncu pillədə başa vuran "Levante" aşağı liqaya yuvarlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31