"Neftçi"nin veteran futbolçusu doğum günüdür

Bu gün "Neftçi"nin veteran futbolçusu Sergey Kramarenkonun doğum günüdür. Goal.az bildirir ki, 1946-cı ildə dünyaya gələn əfsanəvi qapıçı "Neftçi"nin tarixində ən çox oyun keçirmiş futbolçudur. O, 1964-1971, 1973-1975, 1977-1981 və 1983-cü illər ərzində 412 oyunda komandanın qapısını qoruyub. 1966-cı ilin bürünc mükafatçısı 1993-cü ildə "Neftçi"nin baş məşqçisi olub. Sergey Kramarenkonun əziz xatirəsi "Neftçi" azarkeşlərinin ürəyində daim yaşayacaq.

Sergey Sergeyeviçin oğlu Dmitri Kramarenko hal-hazırda əsas komandamızın qapıçılar üzrə məşqçisidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31