Millimizin sabiq hücumçusu klubundan qovulur

Azərbaycan yığmasının keçmiş hücumçusu Cihan Özkara klubu "Preusen Münster"ə lazım deyil. Apasport.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, bunu "Preusen Münster"in baş məşqçisi Steffen Hörst deyib. 24 yaşlı forvardın aşağı liqa təmsilçisi ilə 2017-ci ilin yayına qədər müqaviləsi olsa da, məşqçilər korpusu onun xidmətində maraqlı deyil. Hörst Cihanla müqaviləyə xitam vermək istədiklərini bildirib. Əgər futbolçu buna razılıq verməsə, o zaman qarşıdakı mövsümü yalnız komanda ilə məşq keçirməklə kifayətlənəcək. Yay fasiləsində Türkiyənin I liqa təmsilçisi "Sivasspor"dan transfer edilən Cihan Özkara geridə qalan mövsümdə cəmi 4 oyunda start heyətində meydana çıxıb.

Qeyd edək ki, 2015-ci ildə icarə əsasında "Simurq"da çıxış etmiş Özkara yığmamızın heyətində keçirdiyi 18 oyunda 1 qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31