Daha bir futbolçu "Avro-2016"dan kənarda qaldı
26 May 2016 18:43 İdman"Avro-2016"nın iştirakçısı olan Uels millisi ciddi itki ilə üzləşib. Qol.az bildirir ki, yığmanın hücumçusu Tom Bredşo zədələnərək sıradan çıxıb. Milli komandanın məşqində əzələsini dartan 23 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Artıq Bredşo Uels millisinin Fransaya gedəcək heyətindən çıxarılıb.
Qeyd edək ki, B qrupunda qərarlaşan Uels millisi İngiltərə, Rusiya və Slovakiya yığmaları ilə mübarizə aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31